Karyera
Junior Next.js Developer
Uzaktan
Uzaktan
Pozisyon hakkında
AI ilə kod yazırsan və müsahibədə bunu gizlətmək lazım gəlir? Bizdə əksinədir.
Bugün kod yazmaq ucuzlaşıb. Model 200 sətri 10 saniyəyə yazır. Amma o kodun layihənin harasına düşəcəyini, hansı komponentlərə bölünəcəyini, məlumatın haradan gələcəyini və 3 ay sonra ora baxan adamın nə başa düşəcəyini model həll etmir. Bunu insan həll edir.
Biz o insanı axtarırıq.
SaytPro Bakıda veb sayt hazırlayan komandadır. Şablon satmırıq, hər layihəni sıfırdan yazırıq. AI bizim alətimizdir, işçimiz deyil. Müştəriyə təhvil verdiyimiz sayta görə məsuliyyəti komanda daşıyır.
İşin nədən ibarətdir:
- Tapşırığı alırsan, əvvəlcə strukturu qurursan: hansı səhifə, hansı komponent, məlumat haradan gəlir
- AI ilə kodu sürətlə yazırsan
- Yazılanı sətir-sətir yoxlayırsan, çünki pull request-də sənin adın var
- Nəyi niyə belə etdiyini izah edirsən
Stek: Next.js, React, TypeScript, Tailwind, Strapi.
Alət seçimin sərbəstdir: Cursor, Claude Code, Copilot, hansı ilə rahatsansa.
Necə işləyirik:
Kodunu senior yoxlayır. Səhv etsən izah edirik, tək qoymuruq. Sual vermək normaldır, sual verməmək problemdir.
Açıq danışaq: AI-ın yazdığını anlamadan kopyalayan adam burada 2 həftə davam gətirmir. Çünki 3-cü həftədə həmin kod sınır və düzəltmək lazım gəlir. Anlamırsansa düzəldə bilməzsən.
Əvəzində 6 ay sonra portfolionda kurs layihəsi yox, real müştərinin istifadə etdiyi canlı saytlar olacaq.
Dijital potansiyelinizi açın
Dijital varlığınızı dönüştürmeye hazır mısınız?
Fikrinizi bize anlatın, 24 saat içinde geri dönüş yapalım ve birlikte plan kuralım.





