
Jurnal
Google Search Console Platform Property, veb saytı olmayan kontent yaradıcılarına və naşirlərə sosial media ilə video paylaşımlarının Google Axtarış və Discover-da necə göründüyünü izləmə imkanı verən yeni hesabat növüdür. İlkin mərhələdə dörd platforma dəstəklənir.
Google Search Console indi yalnız veb sayt sahiblərinə deyil, sosial media və video platformalarda fəaliyyət göstərən yaradıcılara da açıqdır. Search Engine Journal (Matt G. Southern, 2025) məlumatına görə, yeni Platform Property növü paylaşımlarınızın Google Axtarış və Discover nəticələrindəki performansını göstərir. Bu yenilik həftələr ərzində mərhələli şəkildə tətbiq olunur.
Platform Property, öz veb saytı olmayan hesablar üçün nəzərdə tutulmuş yeni Search Console property növüdür. Beləliklə, sosial media və video kontent yaradıcıları Google-da görünmə statistikalarına birbaşa çıxış əldə edir. Əvvəllər bu məlumatlar yalnız təsdiqlənmiş domen sahiblərinə açıq idi.
Azərbaycanda KOBİ və brendlər getdikcə daha çox sosial media üzərindən müştəri cəlb edir. Platform Property sayəsində şirkətlər kontentlərinin Google-da necə tapıldığını dəqiq görə bilər. Bu isə həm sosial media, həm də korporativ sayt strategiyasını uyğunlaşdırmağa kömək edir.
Lakin unutmayın: sosial platformalar güclü kanal olsa da, brendin tam nəzarətdə saxladığı korporativ sayt uzunmüddətli onlayn satış və reqemsal cevrilme üçün əsasdır. Google-un öz alqoritmlərinə uyğun qurulmuş, sürətli və SEO-fokuslu bir sayt daimi trafik mənbəyidir.
İstifadəçi Search Console-a daxil olub yeni property növünü seçir və dəstəklənən platformadakı hesabını əlaqələndirir. Bundan sonra sistem həmin hesabın paylaşımları üzrə axtarış performansı məlumatlarını toplamağa başlayır. Hesabatlar mövcud Search Console interfeysinə uyğun formada təqdim olunur.
Yenilik mərhələli tətbiq olunduğu üçün bütün hesablar eyni anda çıxış əldə etməyəcək. İlkin dörd platforma ilə başlanan bu funksiya zamanla genişlənəcək. Azərbaycanda fəaliyyət göstərən brendlər bu göstəriciləri veb saytlarının Search Console məlumatları ilə birlikdə təhlil edərək daha bütöv strategiya qura bilər.
95+ PageSpeed puanı ilə qurulmuş, texniki cəhətdən düzgün optimallaşdırılmış sayt həm Google Axtarış, həm də Discover-da üstünlük qazanır.
Bəli. Bu funksiyanın əsas məqsədi məhz veb saytı olmayan sosial və video kontent yaradıcılarının Google-dakı görünüşünü izləməkdir.
Xeyr. Platform Property yalnız hesabat aracıdır. Uzunmüddətli onlayn satış və brend nəzarəti üçün öz korporativ saytınız zəruridir.

Tehran Bayramov
Təsisçi, SaytPro