Haqqımızda
Real komanda,real kod
SaytPro 2023-cü ildən Bakıda fəaliyyət göstərən veb studiyadır. Şablon yığmırıq: dizayn, kod və SEO eyni komandadan çıxır.
Biz kimik
3 ildə 120+ layihə təhvil vermişik: korporativ saytlar, landinqlər, onlayn mağazalar. Hər biri müqavilə ilə başlayıb, ödəniş iki hissəyə bölünüb, təhvildən sonra dəstək davam edib.
Təsisçidən
Saytı bir dəfə düz qurmaq, sonra illərlə düzəltməkdən ucuzdur. Biz birinci yolu seçirik, ona görə də qiymətlər açıqdır və müqavilə həmişə var.
Tehran Bayramov, SaytPro təsisçisi
Restoran
Klinika
Onlayn mağaza
İnşaat
Əmlak
Gözəllik salonu
Otel
Hüquq bürosu
Fitnes zalı
Mebel mağazası
Turizm agentliyi
Kafe
Tədris mərkəzi
Avtosalon

Komanda
Layihəni kimlər edir, onları burada görürsünüz. Satışdan kodadək eyni adamlar.

Adil Həsənov
Satış komandasının rəhbəri

Tehran
Qurucusu, Veb Proqramçı

Elvin
Frontend Proqramçı

Mənsurə Fətəliyeva
Baş mühasib

Alifağa
UI/UX Dizayneri

Leman
Layihə Meneceri
Kataloq profilimiz: As seen on DesignRush
Necə işləyirik
Bu gün 60+ aktiv müştəri ilə işləyirik. Onların çoxu bizi tövsiyə ilə tapıb: saytı bir dəfə düz qurmaq ən yaxşı reklamdır.
Real kod
Sayt yığıcı yox, developer komandası. Hər sətir sizin biznes üçün yazılır, ona görə biznes böyüyəndə kod da böyüyür.
Açıq qiymət
Qiymətlər saytda yazılıb. Ödəniş 50/50: yarısı başlanğıcda, yarısı təhvildə. Gizli sətir yoxdur.
Müqavilə və dəstək
Hər layihə rəsmi müqavilə ilə başlayır. Təhvildən sonra 2 ay pulsuz dəstək və zəmanət var.
Bir komanda
Dizayn, kod, SEO və dəstək eyni əllərdən keçir. Layihə boyu bir əlaqə adamı, bir cavab.
SaytPro haqqında suallar
Bəli. Sayt ilkin texniki SEO və GEO tələblərinə uyğun qurulur ki, Google və süni intellekt əsaslı axtarış sistemləri məzmunu daha düzgün oxuya bilsin. Davamlı SEO xidməti isə ayrıca planlaşdırılır.
Bəli. Epoint vasitəsilə BirKart, BolKart və TamKart kredit kartlarının limitinə uyğun olaraq ödənişi 6 aya qədər faizsiz bölmək mümkündür. Standart ödəniş isə müqavilə imzalanarkən 50%, layihə təhvil veriləndə 50% olmaqla nağd və ya bank köçürməsi ilə edilir.
Bəli. Qiymətə domen, 1 illik VPS hostinq, SSL sertifikatı, 1 korporativ e-poçt, ilkin texniki SEO və GEO optimizasiyası, həmçinin 2 ay rəsmi zəmanət və texniki dəstək daxildir.
Bəli. Məhsul idarəetməsi, səbət, sifariş paneli və kartla ödəniş funksiyaları olan onlayn mağazalar hazırlayırıq. Funksiyalar biznesinizin ehtiyacına uyğun müəyyən edilir.
Bəli. Hər layihə rəsmi müqavilə əsasında icra olunur. Müqavilədə işin əhatəsi, qiymət, ödəniş mərhələləri, təhvil müddəti və zəmanət şərtləri əvvəlcədən göstərilir.
Bəli. Sayt təhvil verildikdən sonra 2 ay rəsmi zəmanət və texniki dəstək təqdim edirik. Dəstəyin əhatə dairəsi müqavilədə əvvəlcədən göstərilir.
Hazırlanma müddəti saytın növü, səhifə sayı və funksiyalarından asılıdır. Tələblər dəqiqləşdirildikdən sonra müqavilədə konkret təhvil tarixi göstərilir.
Son yazılar
Sayt sifariş etməzdən əvvəl oxumağa dəyər: qiymət, müddət, texniki seçimlər.
Layihənizi danışaq!





