Əsas məzmuna keçid
SaytPro
Bizə yazın

Sahə

Tələbələri onlayn cəlb edin. Tədris mərkəzi saytı · Kurs · Məktəb

Kurs kataloqu, müəllim profilləri, onlayn qeydiyyat: valideyn araşdırır, bəyənir və uşağını yazdırır. Hər addım saytda baş verir.

Başlanğıc qiymət1400 ₼-dən
Müddət7-14 gün
Ödəniş50% başlayanda, 50% təhvildə

Tədris mərkəzlərinin ən çox üzləşdiyi problemlər

  • Kurs məlumatları dağınıqdır

    Hansı kurslar var, nə vaxt başlayır, qiyməti nədir: bunları WhatsApp-da soruşurlar. Sayt bu suallara özü cavab verir.

  • Qeydiyyat telefonla gedir

    Hər qeydiyyat üçün zəng lazımdır. Onlayn qeydiyyat forması bu yükü azaldır.

  • Google-da görünmürsünüz

    «Bakıda ingilis dili kursu» axtarışında görünmürsünüzsə, o tələbəni rəqibiniz qazanır.

Tədris mərkəzinə peşəkar sayt nə verir?

  • Kurs kataloqu və cədvəl

    Hər kurs üçün müddət, qiymət, müəllim və başlama tarixi. Valideyn bütün məlumatı saytdan alır.

  • Müəllim profil səhifələri

    Hər müəllimin təhsili, sertifikatları və tədris üslubu. Valideyn müəllimi seçir, sonra qeydiyyatdan keçir.

  • Onlayn qeydiyyat forması

    Ad, soyad, kurs, vaxt: müştəri formanı doldurur, siz bildiriş alırsınız. Gözləmə siyahısı da avtomatik aparılır.

  • Nailiyyətlər və sertifikatlar

    Məzunların uğurları və aldıqları sertifikatlar. Valideyn görür, etibar artır.

Tədris mərkəzi saytına daxil olan imkanlar

Tədris mərkəzi saytı

1400₼

Rəsmi müqavilə, 2 ay pulsuz dəstək, ödəniş 50/50.

  • Kurs kataloqu və cədvəl
  • Müəllim profil səhifələri
  • Onlayn qeydiyyat forması
  • Nailiyyətlər və məzunlar bölməsi
  • Ödəniş planları bölməsi
  • Valideyn rəyləri
  • Google Xəritə, ünvan və iş saatları
  • Texniki SEO qurulumu
  • Domen, ilk il VPS hostinq və SSL qiymətə daxildir
  • 2 ay pulsuz texniki dəstək

Tədris mərkəzi saytı haqqında suallar

Admin paneldə yeni kurs bir neçə kliklə əlavə olunur: ad, müddət, qiymət, müəllim, başlama tarixi.

Müştəri kursu seçib əlaqə məlumatlarını yazır, siz dərhal e-poçt və WhatsApp bildirişi alırsınız.

Məhdudiyyət yoxdur. Kateqoriyalar üzrə (dil, riyaziyyat, musiqi, idman) filtr qurulur.

Adətən 7-14 gün. Dəqiq müddət layihənin həcmindən asılıdır və yazılı təklifdə göstərilir.