Comfy Trading
4 674 məhsullu dörd dilli B2B kataloq və admin panel

İstifadə olunan xidmətlər
Layihə haqqında
SaytPro Yiwu-dakı (Çin) tədarük şirkəti Comfy Trading üçün dörd dilli B2B kataloq saytı və admin panel hazırladı. Məhsulları da bazaya SaytPro yazdı: müştərinin 66 təchizatçı kataloqundan 4 674 məhsul çıxarıldı, hər birinin adı, təsviri və texniki göstəriciləri Azərbaycan, rus, ingilis və çin dillərində yazıldı, 5 857 foto hazırlandı. Alıcı qiyməti öz valyutasında görür və sifarişi WhatsApp-da hazır mesajla göndərir.
Müştəri
Comfy Trading 2019-cu ildən Yiwu-da (Çin) işləyən tədarük şirkətidir. Azərbaycan və MDB-dən olan alıcılar üçün Çin fabriklərindən məhsul tapır, nümunələri yoxlayır, istehsalı izləyir və çatdırılmanı təşkil edir.
Problem
Şirkətin çeşidi onlarla fabrikin kataloqlarında idi: PDF, Excel və PowerPoint faylları. Alıcıya bütün çeşidi bir yerdə göstərən, dörd dildə işləyən və minlərlə məhsulu müştərinin özünün idarə edə biləcəyi bir sayt lazım idi. Ən böyük iş isə bu kataloqları sayta köçürmək idi.
Həll
Kataloqların emalı: SaytPro 66 təchizatçı kataloqundan 4 674 məhsul çıxardı. Hər məhsula dörd dildə ad, qısa təsvir və 12-yə qədər texniki göstərici yazıldı, 5 857 foto kəsilib təmizləndi, məhsullar 16 kateqoriyaya bölündü və dörd mərhələdə bazaya yazıldı.
Admin panel: məhsul, kateqoriya, foto, məzənnə və müraciətlər bir yerdən idarə olunur, dəyişiklik saytda dərhal görünür. Yeni məhsullar Excel şablonu ilə də əlavə olunur.
Dörd dil: Azərbaycan, rus, ingilis və çin. Axtarış dörd dildə və model koduna görə işləyir.
Sifariş: qiymət USD, AZN və CNY-də göstərilir, hər məhsulda WhatsApp ilə hazır mesajlı sifariş düyməsi var.
PDF kataloqlar: kataloq dəyişəndə server onları özü yeniləyir.
Çin üçün: Çindən açılması üçün xarici font, xəritə və video embed işlədilmir.
Nəticə
comfy.az 2026-cı ilin oktyabrında açıldı. Kataloqdakı 4 600-dən çox məhsulun hər biri dörd dildə öz səhifəsindədir və axtarış sistemlərinə açıqdır. Müştəri məhsulları, qiymətləri və məzənnəni paneldən özü yeniləyir; ona panel bələdçisi və səsli video bələdçi verildi.
Layihənizi danışaq!



