Əsas məzmuna keçid
SaytPro
Bizə yazın

Dizayn, animasiya və brend

UI/UX, loqo və brend dizaynı

Unikal vizual kimlik, ardıcıl dizayn dili və istifadəçi-mərkəzli interfeyslər - bütün brand sisteminizdə.

Başlanğıc qiymət800 ₼
Müddət10-20 iş günü
HəcmTam brend kit
Ödəniş50% başlayanda, 50% təhvildə
Dizayn studiyasıCustom
  • İstifadəçi tədqiqatı

    İnterviyular, persona, customer journey map - qərarlar məlumata əsaslanır.

  • Wireframe & prototip

    Aşağı və yüksək dəqiqlikli prototiplər Figma-da. Klik-by-klik test.

  • UI mock-up

    Hər ekran üçün custom dizayn - desktop, tablet, mobil.

  • Brend kitabı

    Loqo variantları, rəng paleti, tipoqrafiya, qaydalar - PDF & Figma.

  • Komponent kitabxanası

    Yenidən istifadə edilən UI komponentlər - gələcək layihələr üçün.

  • Developer hand-off

    Texniki spesifikasiya, asset export, animasiya qeydləri - kod komandası üçün.

Dizayn necə hazırlanır

Hər layihə eyni mərhələlərdən keçir. Müddətlər tipik layihə üçündür, dəqiq cədvəl ilk görüşdən sonra verilir.

01

Discovery

Brend brifi, rəqib təhlili, hədəf auditoriya araşdırması.

2-3 gün

02

Wireframe

Aşağı dəqiqlikli prototiplər - strukturun təsdiqi.

3-5 gün

03

Visual Design

Hi-fi UI mock-up-lar, dizayn iterasiyaları, feedback dövrləri.

5-10 gün

04

Hand-off & Brendbook

Developer hand-off + tam brendbook PDF təhvil verilir.

1-2 gün

Nə ilə qururuq

  • Figma
  • FigJam
  • Framer
  • Adobe CC
  • Notion
  • Maze
  • Lottie
  • Principle

Dizayn ayrıca nə vaxt lazımdır

Dizaynı saytla birlikdə sifariş edəndə o, layihənin bir hissəsidir və onu ayrıca düşünməyə ehtiyac qalmır. Ayrıca UI/UX dizayn o zaman lazımdır ki, kodu başqa komanda yazacaq, mövcud tətbiqin və ya vebsaytın interfeysindən istifadə çətindir, yaxud brend sıfırdan qurulur. İnterfeys dizaynı 800 ₼-dən, loqo 300 ₼-dən, brendinq 800 ₼-dən başlayır. Sayt paketləri ilə müqayisə üçün sayt qiymətləri səhifəsinə baxın.

İşə istifadəçidən başlayırıq: kim, hansı cihazdan və hansı məqsədlə gəlir. Yaxşı interfeys ziyarətçini düşündürmür: nəyə basmaq lazım olduğu və növbəti addım özü aydın görünür. Buna görə əvvəl Figma-da wireframe və kliklənən prototip hazırlanır, hər ekran real istifadəçi yolu üzrə yoxlanır. Rəng, şrift və vizual üslub yalnız bundan sonra seçilir. Figma faylına giriş verilir, hər mərhələdə şərhlərinizi birbaşa maketlərin üzərində yazırsınız.

Nəticədə developer üçün hazır paket alırsınız: bütün ekranların masaüstü, planşet və mobil versiyaları, komponent kitabxanası, ixrac olunmuş fayllar və brend kitabı. Bu paketlə kodu istənilən komanda yaza bilər. Mövcud brendi yeniləmək lazımdırsa, tanınan elementləri saxlayıb görünüşü müasirləşdiririk. Loqonu ayrıca da sifariş edə bilərsiniz: seçdiyiniz variant bütün lazımi formatlarda təhvil verilir.

Dizayn haqqında suallar

Sualınızın cavabını tapmadınız?

Sualı WhatsApp-da yazın, bu xidmət üzrə konkret cavab verək.

Bəli. Dizayn paketi developer hand-off-a qədər çatdırılır. Sonra istənilən komanda development edə bilər.

Hər mərhələdə 3 əsas revision. Əlavə revision-lar saatlıq ödənişlə əlavə olunur.

Bəli, yalnız loqo paketi 300 AZN-dən başlayır.

Mütləq. Figma layihəsinə oxu və ya redaktə hüququ verilir. Real-vaxt geribildirim mümkündür.

Loqo variantları, rəng kodları (HEX/RGB/CMYK), tipoqrafiya, ikonoqrafiya, fotoqrafiya stili, social media şablonları.

Bəli - rebrand layihələri xüsusi sahəmizdir. Köhnə dəyərləri qoruyaraq müasir görünüş yaradırıq.

Başlanğıc qiymət 800 ₼-dir, dəqiq məbləğ yazılı təklifdə göstərilir.

Adətən 10-20 iş günü. Dəqiq müddət layihənin həcmindən asılıdır və yazılı təklifdə göstərilir.