Layihə haqqında
SaytPro-nun Nafta Baku üçün hazırladığı korporativ kataloq saytı: akkumulyator, motor yağı, filtr və avtokimya məhsulları distribütorunun vitrini.
Nafta Baku MMC şirkətinin korporativ təqdimat saytıdır. 2004-cü ildən fəaliyyət göstərən şirkət akkumulyator, motor yağları, filtrlər və avtomobil kimyası sahəsində Azərbaycanın aparıcı distribütorlarındandır. Sayt vasitəsilə şirkətin geniş məhsul çeşidi, partnyor brendləri və sertifikatları potensial müştərilərə peşəkar şəkildə təqdim edilir. Üç dildə (Azərbaycan, Rus, İngilis) işləyir.
Texnologiyalar
Frontend: Next.js 16, TypeScript, Tailwind CSS 4, shadcn/ui Backend: Python, Django REST Framework, SQLite Admin Panel: Next.js 16, NextAuth, TailAdmin Pro
Funksionallıqlar
Çoxdilli interfeys: Az / Ru / En dil dəstəyi, URL-bazlı locale seçimi
Məhsul kataloqu: 700-dən artıq məhsul, kateqoriyalar üzrə bölünmə (akkumulyatorlar, motor yağları, sənaye yağları, filtrlər, xüsusi mayelər, avtomobil kosmetikası, yedək hissələri, kimyəvi maddələr)
Partnyor brendlər: 20-dən çox beynəlxalq brendin loqo və təqdimatı (Westa, Forse, TCS, Tyumen və s.)
Sertifikatlar bölməsi: Şirkətin rəsmi distribütorluq və keyfiyyət sertifikatlarının nümayişi
Hero slayder: Məhsul kateqoriyaları üzrə dinamik təqdimat
Əlaqə forması və WhatsApp inteqrasiyası: Müştəri müraciətlərinin sürətli qəbulu
Admin Panel: Məhsul, brend, sertifikat və hero məzmununun kod yazmadan idarəetmə imkanı
Layihənizi danışaq!




