Layihə haqqında
SaytPro-nun Fragreya.az üçün hazırladığı onlayn ətriyyat mağazası: filtrlənən ətir kataloqu, məhsul səhifələri, WhatsApp ilə sifariş və SEO optimallaşdırması.
Fragreya.az xoş ətirlər və zövqlü seçimlərlə müştərilərinə xüsusi alış təcrübəsi yaşatmağı hədəfləyən bir brenddir. Bu layihədə SaytPro komandası olaraq brendin missiyasına tam uyğun, limitli e-ticarət funksionallığına malik modern vebsayt hazırladıq.
Ödəniş prosesi müştərinin istəyi əsasında WhatsApp üzərindən qurularaq daha çevik və şəxsi satış modeli tətbiq edilib. Məhsullar bölməsində cinsə, kateqoriyaya və endirimlərə görə filtrasiya, zövqlü UI-a malik axtarış sistemi, eləcə də hər məhsul üçün ayrıca və özəlləşdirilə bilən məhsul səhifə dizaynları hazırlanıb.
Nəticədə Fragreya.az üçün həm vizual olaraq cəlbedici, həm də istifadəsi rahat, brend dəyərini ön plana çıxaran bir e-commerce həlli ortaya qoyulub.
Layihənizi danışaq!




