Pulsuz alət
Saytınız AI agentlərə
hazırdırmı?
ChatGPT, Claude və digər AI agentləri saytları artıq müntəzəm oxuyur. Ünvanı yazın, saytınızı 6 sahə üzrə yoxlayaq: nə qaydasındadır, nəyi düzəltmək lazımdır.
- 6 sahə, 18 yoxlama
- Hər nəticədə real cavab datası
- Düzəliş nümunələri
- PDF hesabatı
Tapılma
Məzmun
Bot girişi
API, Auth, MCP və Skill kəşfi
Etibar
Kommersiya
Nələr yoxlanılır
Yoxlama saytda nəyə baxır
Tapılma
3 yoxlama
Agentin saytı tapıb səhifələrini görməsi üçün əsas fayllar: robots.txt, sitemap və vacib resursları göstərən Link başlıqları.
- robots.txt faylı
- sitemap.xml
- Link başlıqları
Məzmun
1 yoxlama
Agent istəyəndə sayt səhifəni HTML əvəzinə Markdown kimi verə bilirmi. Bu, məzmunun daha dəqiq və daha ucuz oxunmasına kömək edir.
- Markdown cavabı
Bot girişi
3 yoxlama
robots.txt-də AI botlar üçün ayrıca qaydalar, məzmunun necə istifadə oluna biləcəyini bildirən Content Signals və botların özünü imza ilə təsdiqləməsi.
- robots.txt-də AI bot qaydaları
- Content Signals
- Web Bot Auth
API, Auth, MCP və Skill kəşfi
6 yoxlama
Agentin saytla yalnız oxuyaraq yox, hərəkət edərək işləməsi üçün maşın oxuyan təsvirlər: API kataloqu, OAuth kəşfi, MCP Server Card, Agent Skills və WebMCP.
- API Catalog
- OAuth / OIDC discovery
- MCP Server Card
- Agent Skills indeksi
- WebMCP
- OAuth Protected Resource Metadata
Etibar
1 yoxlama
Sayt HTTPS ilə açılırmı. Bu, həm brauzerlər, həm də agentlər üçün minimum şərtdir.
- HTTPS
Kommersiya
4 yoxlama
Agentlərin avtomatik ödəniş etməsi üçün yeni protokollar. Məlumat üçündür və ümumi bala təsir etmir.
- x402
- MPP (Machine Payment Protocol)
- Universal Commerce Protocol
- ACP (Agentic Commerce Protocol)
Başlanğıc
Əsas
Orta
Yüksək
Agent-Native
Səviyyələr
Bal necə hesablanır
Hər yoxlama eyni çəkidədir. Keçən yoxlamaların xalı toplanır və 100 ballıq şkalaya çevrilir. Hesablamaya 14 yoxlama daxildir; kommersiya sahəsi yalnız məlumat üçündür.
Bal 5 səviyyədən birinə düşür. Səviyyə saytın nə qədər «yaxşı» olduğunu yox, AI agentlərinə nə qədər aydın siqnal verdiyini göstərir.
Başlanğıc
0-19 bal
Agentlər üçün əsas siqnallar demək olar ki, yoxdur.
Əsas
20-39 bal
Bəzi əsas fayllar var, amma çox boşluq qalır.
Orta
40-59 bal
Əsas standartlar yerindədir, agent imkanları zəifdir.
Yüksək
60-79 bal
Standartların çoxu dəstəklənir, bir neçə addım qalıb.
Agent-Native
80-100 bal
Sayt agentlər üçün tam açıqdır.
Niyə vacibdir
Agentlər saytı insan kimi yox, fayllar və qaydalarla oxuyur
Cavablarda görünmək
ChatGPT, Claude və digər AI köməkçiləri cavab hazırlayanda saytları özləri oxuyur. Sayt onlara aydın siqnallar verməsə, məzmununuz cavablara daha çətin düşür.
Oxumaqdan hərəkətə
Agentlər getdikcə yalnız oxumur, iş də görür: məlumat axtarır, müqayisə edir, sifariş verir. Bunun üçün saytın maşın oxuyan təsvirlərə ehtiyacı var.
Təxmin yox, data
Yoxlama hər nəticəni real data ilə göstərir: hansı ünvana sorğu getdi, hansı cavab gəldi. Nəyin işlədiyini təxmin etmirsiniz, görürsünüz.
Növbəti addım
Suallar
Yoxlama haqqında suallar
Bu, saytınızın ChatGPT, Claude kimi AI köməkçiləri və onların agentləri tərəfindən nə qədər asan tapıldığını, oxunduğunu və başa düşüldüyünü göstərir. Yoxlama bunun üçün açıq standartlara baxır: robots.txt, sitemap, AI botlar üçün qaydalar, maşın oxuyan API və MCP təsvirləri, HTTPS.
Pulsuzdur, qeydiyyat və e-poçt tələb olunmur. Ünvanı yazırsınız və nəticəni dərhal görürsünüz; istəsəniz PDF hesabatı da yükləyə bilərsiniz.
Heç nəyi dəyişmir. Adi ziyarətçi kimi ana səhifəyə və standart ünvanlara (məsələn, /robots.txt, /sitemap.xml, /.well-known/ altındakı fayllar) sorğu göndəririk. Formalara məlumat yazmırıq, hesaba daxil olmuruq, daxili şəbəkə ünvanlarını yoxlamırıq.
Xeyr. Bu yoxlama klassik SEO-nu ölçmür. Buradakı standartların bir hissəsi yenidir (MCP, Agent Skills, WebMCP) və saytların çoxunda hələ yoxdur. Aşağı bal saytın AI agentlərinə əlavə siqnallar vermədiyini göstərir, axtarışdakı mövqeyini yox.
Agent ödənişləri üçün protokollar (x402, MPP, ACP və başqaları) hələ formalaşır və yalnız onlayn satış edən saytlara aiddir. Ona görə bu yoxlamalar məlumat üçündür: nəticəni görürsünüz, amma ümumi bal dəyişmir.
Keçməyən hər yoxlamanın altında nəyin tapılmadığı, niyə vacib olduğu və düzəliş nümunəsi var. Çoxu server tənzimləməsi və ya bir neçə statik fayldır. Özünüz edə bilərsiniz, ya da nəticəni bizə göndərin, birlikdə baxaq.
Sahə adları, səviyyələr və izahlar seçdiyiniz dildədir. Hər yoxlamanın texniki detalları (tapılan data, təsvir və düzəliş nümunəsi) hazırda Azərbaycan dilindədir.
Layihənizi danışaq!

