Əsas məzmuna keçid
SaytPro
Bizə yazın

Bələdçi

Saytınız üçün pulsuz backlink: Gemini və Claude ilə addım-addım

Instagram videomuzda söz verdiyimiz bələdçi budur. Gemini sizin sahənizə uyğun kataloqları tapır, Claude isə brauzerdə profil formalarını doldurur. İş təxminən 5 dəqiqə çəkir, nəticə isə həftələr sonra görünür.

Yenilənib
Oxuma müddəti2 dəq oxu
FormatPDF, 2 səhifə
01

Gemini platformaları tapır

gemini.google.com

Sahənizi və şəhərinizi yazırsınız. Gemini spam olmayan kataloq və xəritə platformalarını cədvəl kimi verir.

02

Claude profilləri doldurur

claude.ai

Cədvəli Claude-a yapışdırırsınız. Claude brauzeri idarə edir və hər platformanın formasını sizin məlumatlarınızla doldurur.

03

Nəticə həftələr sonra görünür

Google yeni linkləri dərhal saymır. Bir neçə həftə sonra saytınızın axtarışdakı mövqeyinə yenidən baxın.

01 · Gemini

Aşağıdakı promptu Gemini-yə göndərin. Kvadrat mötərizədəki iki yeri öz biznesinizlə əvəz edin: sahə və şəhər. Nəticə, Claude-un brauzer alətinin oxuya biləcəyi dəqiq qeydiyyat linkləri ilə cədvəl kimi gəlir.

gemini.google.com (yeni pəncərədə açılır)

Prompt 1: Gemini üçün

You are an elite SEO strategist. I need a verified list of high-DR, spam-free platforms allowing free business profiles with a live website backlink (citations, directories, map listings).

Business Niche: [Your Niche - e.g., Italian Restaurant]
Target Location: [e.g., Baku, Azerbaijan or Global]

Strict Output Rules for Browser Automation:
1. Provide ONLY platforms that have an open, free registration/claim form.
2. No link farms, no high-spam PBNs. Only legitimate authorities.
3. For each platform, provide the exact registration/add-business URL (not just the homepage).
4. Format the output as a clean table and Markdown block so Claude Browser Agent can parse it immediately:
[Platform Name] | [Direct Sign-up / Listing URL] | [Category] | [Required Fields]

Provide 10-15 direct actionable links.

Promptun mətni ingiliscədir. Sahə və şəhəri istədiyiniz dildə yaza bilərsiniz.

02 · Claude

Gemini-nin verdiyi cədvəli promptun siyahı hissəsinə yapışdırıb Claude-a göndərin. Biznes məlumatları hissəsinə şirkətinizin adını, saytını, qısa təsvirini, telefonunuzu, e-poçtunuzu və ünvanınızı yazın.

claude.ai (yeni pəncərədə açılır)

Prompt 2: Claude üçün

Sən brauzer avtomatlaşdırması həyata keçirən agent köməkçisisən. Brauzer idarəetmə alətindən (browser / computer use) istifadə edərək aşağıda təqdim olunan siyahıdakı saytlarda mənim biznesim üçün profilləri tək-tək avtomatik qeydiyyatdan keçirəcəksən.

Biznes Məlumatlarım:
• Şirkət Adı: [Şirkətinizin tam adı]
• Vebsayt URL: [https://saytiniz.az]
• Təsvir (Bio): [1-2 cümləlik unikal biznes mətni]
• Telefon: [+994 XX XXX XX XX] | E-poçt: [biznes@mail.com]
• Ünvan: [Şəhər, küçə, bina]

Gemini-dən Alınan Platformalar Siyahısı:
[Gemini-nin təqdim etdiyi cədvəli/siyahını bura olduğu kimi yapışdırın]

Avtomatlaşdırma Əmrləri:
1. Siyahıdakı hər bir birbaşa qeydiyyat URL-ni brauzerdə aç.
2. "Add Business", "Register" və ya forma xanalarını müəyyənləşdirib şirkət məlumatlarımı xanalara daxil et.
3. CAPTCHA və ya e-poçt OTP kodu tələb olunarsa, dayanıb məndən kodu istə, təsdiqləndikdən sonra yadda saxla.
4. Hər uğurlu profilin hazır linkini yekun hesabat cədvəlinə əlavə et.

Diqqət. Claude formaları doldurur, amma hesab yaratmır və parol daxil etmir. Qeydiyyat, e-poçt kodu və CAPTCHA addımlarını özünüz tamamlayırsınız.

MərhələNəyə diqqət edin
Platformaların tapılmasıƏn azı 10 yüksək domen reytinqli (DR/DA) kataloq təsdiqlənməlidir. Say yox, uyğunluq vacibdir: yalnız biznesinizə aid real kataloqlarda qeydiyyatdan keçin.
NAP məlumatlarının uyğunluğuAd, ünvan və telefon (NAP) bütün saytlarda eyni simvollarla yazılmalıdır.
Linkin düzgünlüyüVebsayt ünvanı mütləq HTTPS ilə başlamalıdır.

Vaxtınız yoxdursa

Kataloq profilləri SEO-nun yalnız bir hissəsidir. Saytın sürəti, quruluşu, məzmunu və açar sözləri də nəticəyə təsir edir.

Vaxtınız yoxdursa, bunların hamısına bizim komanda baxa bilər.

Saytınız Google-da hansı sözlərlə tapılır?

Profillərin doldurulması təxminən 5 dəqiqə çəkir, nəticə isə bir neçə həftəyə görünür. Google yeni linkləri dərhal saymır, ona görə bir dəfə edin, gözləyin və sonra saytınızın mövqeyinə yenidən baxın.

Xeyr. Claude forma xanalarını doldurur və növbəti addımı göstərir. Hesab yaratmaq, parol seçmək, e-poçt kodunu və CAPTCHA-nı daxil etmək sizin işinizdir.

Xeyr. Biznesinizə uyğun olanları seçin. Qeydiyyatdan əvvəl hər platformanın real və aktiv olduğunu özünüz yoxlayın: prompt Gemini-dən spam saytları çıxarmağı tələb edir, amma son qərar sizindir.

Sahə və şəhər sözlərini istədiyiniz dildə yaza bilərsiniz. Promptun qalan hissəsini dəyişməsəniz, nəticə cədvəli Claude üçün eyni formatda qalır.

Başqa saytdan sizin saytınıza verilən keçiddir. Google onu saytınıza etibar siqnalı kimi qiymətləndirir, buna görə kataloq və xəritə profilləri SEO-nun tərkib hissəsidir.