Pulsuz alət
Saytınız rəqibdən
güclüdürmü?
İki ünvan yazın. Google PageSpeed Insights hər iki saytı mobil rejimdə yoxlayır, biz sürəti, SEO xalını, HTTPS-i və əsas meta teqləri yan-yana göstəririk. Pulsuz və qeydiyyatsız.
Nəyi yoxlayırıq
- Mobil sürət xalı
- SEO xalı
- LCP və FCP
- HTTPS
- Səhifə başlığı və meta təsvir
Ölçməni Google-un serverləri aparır. Yazdığınız ünvanları saxlamırıq.
Sürət xalı
LCP
FCP
SEO xalı
HTTPS
Başlıq və meta təsvir
Göstəricilər
Nəticəni necə oxumalı
Bütün ölçmələri Google-un pulsuz aləti PageSpeed Insights mobil rejimdə aparır. Hər sətrin nə demək olduğu:
Sürət xalı
Lighthouse testinin ümumi xalı. Səhifənin nə qədər tez göründüyü, nə qədər tez istifadəyə hazır olduğu və yüklənərkən elementlərin sürüşüb-sürüşmədiyi bir rəqəmdə toplanır. Mobil test yavaş şəbəkəni və orta telefonu təqlid edir, ona görə nəticə masaüstü testdən aşağı çıxır.
LCP
Largest Contentful Paint: ekrandakı ən böyük elementin, adətən əsas şəkil və ya başlığın göründüyü an. Ziyarətçi saytın açıldığını məhz bu anda hiss edir. Google bunu Core Web Vitals göstəricilərindən biri sayır.
FCP
First Contentful Paint: ekranda ilk mətnin və ya şəklin göründüyü an. Ziyarətçinin boş ekrana nə qədər baxdığını göstərir.
SEO xalı
Axtarış motorlarının səhifəni düzgün oxuması üçün əsas texniki yoxlamalar: başlıq, meta təsvir, indeksləmə icazəsi, linklər, mobil uyğunluq. Yüksək xal sıralama zəmanəti deyil, aşağı xal isə texniki problemin olduğunu göstərir.
HTTPS
Sayt təhlükəsiz bağlantı ilə açılırmı. Brauzerlər HTTPS-siz saytları təhlükəsiz olmayan kimi işarələyir, Google da HTTPS-i sıralama siqnalı kimi nəzərə alır.
Başlıq və meta təsvir
Google nəticələrində görünən başlıq və onun altındakı qısa mətn. Yoxdursa, Google onları səhifədən özü seçir və nəticə çox vaxt uğursuz olur.
Niyə məhz rəqiblə müqayisə?
- Google sıralamada səhifə təcrübəsini, o cümlədən Core Web Vitals göstəricilərini nəzərə alır. Eyni sorğuda rəqib daha sürətlidirsə, bu ona kiçik də olsa üstünlük verir.
- Ziyarətçi saytları müqayisə edir: yavaş açılan səhifədən geri qayıdıb növbəti nəticəyə keçmək bir klik çəkir.
- HTTPS, başlıq və meta təsvir kimi əsaslar kiçik görünür, amma saytın axtarışda necə göründüyünü birbaşa müəyyən edir və onları düzəltmək adətən az iş tələb edir.
İki ünvan yazırsınız, alət hər ikisini Google PageSpeed Insights-a göndərir. Google saytları mobil rejimdə açıb ölçür, biz sürət və SEO xalını, LCP, FCP, HTTPS, başlıq və meta təsviri yan-yana göstəririk.
Bəli, pulsuzdur və qeydiyyat tələb etmir. Sui-istifadənin qarşısını almaq üçün qısa müddətdə edilə bilən müqayisələrin sayı məhduddur.
Xalın özü sıralama faktoru deyil. Google real istifadəçilərdən toplanan Core Web Vitals göstəricilərini səhifə təcrübəsi siqnalı kimi nəzərə alır, PageSpeed xalı isə onların laboratoriya təxminidir. Məzmun və sorğuya uyğunluq daha vacibdir, amma bərabər rəqiblər arasında sürət fərq yarada bilər.
Test hər dəfə yenidən aparılır. Serverin həmin anki yükü, şəbəkə və reklam skriptləri nəticəni bir neçə xal dəyişə bilər. Dəqiq müqayisə üçün bir neçə dəfə yoxlayıb orta nəticəyə baxın.
Google saytları ilk növbədə mobil versiyaya görə indeksləyir və qiymətləndirir. Çox saytda ziyarətçilərin böyük hissəsi də telefondan gəlir, ona görə mobil nəticə daha real mənzərə verir.
Ya ünvan səhvdir, ya sayt Google-un botunu bloklayır, ya da vaxtında cavab vermədi. Ünvanı brauzerdə açıb yoxlayın və bir az sonra yenidən cəhd edin. Google limiti dolubsa, bir neçə dəqiqə gözləmək kifayətdir.
Xeyr. Ünvanlar yalnız ölçmə üçün Google PageSpeed Insights-a ötürülür, bizim bazada qalmır.
Ən çox rast gəlinən səbəblər sıxılmamış böyük şəkillər, lazımsız skriptlər və plaginlər, zəif hostinqdir. Nəticəni WhatsApp-da göndərin: nəyin yavaşlatdığını izah edək və düzəlişin nəyə başa gələcəyini deyək.
Növbəti addım
Layihənizi danışaq!

