Satış
İntern Satış Təmsilçisi
Bakı / Hibrid · Təcrübə
Satış Bakı / Hibrid Təcrübə
Vəzifə haqqında
Saytpro İT və rəqəmsal həllər sahəsində fəaliyyət göstərən şirkətdir. Vebsayt hazırlanması, chatbot və biznes proseslərinin avtomatlaşdırılması, həmçinin 360 dərəcə marketinq və mühasibatlıq xidmətləri təqdim edirik.
Komandamıza satış sahəsində inkişaf etmək istəyən, enerjili və ünsiyyətcil bir İntern Satış Təmsilçisi axtarırıq. Bu rol həm satış bacarıqlarını, həm də İT sahəsini dərindən öyrənmək üçün əla imkandır.
Vəzifə məsuliyyətləri:
• Şirkətin sosial media və daxili kanallarına (Instagram, WhatsApp Business, Facebook, sayt formu və s.) daxil olan müştəri müraciətlərini cavablandırmaq və satışı bağlamağa çalışmaq
• Mövcud müştərilərlə keyfiyyətli ünsiyyət qurmaq və onlara uyğun xidmətləri təqdim etmək
• LinkedIn və digər platformalar üzərindən yeni korporativ əlaqələrin qurulmasına töhfə vermək
• Potensial korporativ müştəriləri araşdırmaq, əlaqə saxlamaq və görüşlərin təşkilinə dəstək olmaq
• Daxili CRM sistemi üzərində işləmək (tam təlim veriləcək)
Öyrənmə və inkişaf:
İlk 3 ay öyrənmə mərhələsidir — bu müddətdə birbaşa mentorluqla satış prosesləri, CRM istifadəsi və İT xidmətləri barədə geniş biliklər əldə edəcəksiniz. Performansdan asılı olaraq bu müddət ərzində əlavə bonuslar qazanmaq mümkündür. Uğurlu namizəd sınaq dövrü bitdikdən (bəzən daha tez) sonra daimi işçi kimi komandaya qatılacaq — daimi əməkdaş yetişdirmək bizim əsas hədəfimizdir.
Şərtlər:
• İş qrafiki: həftədə 5 gün, gündə 8 saat
• Sınaq müddəti sonrası sabit maaş + satışdan faiz sistemi
• Maaş və digər şərtlər müsahibədə müzakirə olunur
Tələblər
• Yaş: ideal olaraq 20-25 aralığı
• Satışa və insanlarla ünsiyyətə maraq, enerjili və təşəbbüskar yanaşma
• Yaxşı ünsiyyət və inandırma bacarığı
• Öyrənməyə həvəsli, məsuliyyətli və nəticəyönlü olmaq
• Sosial media və rəqəmsal platformalardan (Instagram, WhatsApp, LinkedIn və s.) rəvan istifadə
• Dil bilikləri (Azərbaycan, Rus, İngilis) üstünlükdür
• Satış təcrübəsi olanlar üçün müvafiq şərtlər müsahibədə müzakirə oluna bilər (təcrübə mütləq deyil, öyrədiləcək)
Rəqəmsal potensialınızı açın
Rəqəmsal varlığınızı dəyişməyə hazırsınız?
İdeyanızı bizə danışın, 24 saat ərzində geri dönüş edək və birlikdə plan quraq.





