İlk təəssürat cəmi bir neçə saniyədə formalaşır. Peşəkar UI/UX dizayn və güclü brend vizualı istifadəçilərin diqqətini cəlb edir, saytda qalma müddətini artırır və nəticədə satışa birbaşa təsir göstərir. SaytPro olaraq biz yalnız gözəl görünən interfeys deyil, istifadəçi davranışını nəzərə alan strateji dizayn həlləri hazırlayırıq.
Müasir rəqəmsal mühitdə istifadəçilər sürətli, sadə və intuitiv interfeyslər gözləyir. Əgər sayt və ya tətbiq qarışıq görünürsə, istifadəçilər onu tərk edir. Buna görə UI/UX dizayn yalnız estetika deyil, həm də biznes nəticələrini artıran əsas faktorlardan biridir.
Yaxşı dizayn niyə vacibdir?
Araşdırmalara görə istifadəçilərin 90%-dən çoxu ilk təəssüratı məhz dizayna əsasən formalaşdırır. Peşəkar dizayn istifadəçi etibarını artırır və brendinizi rəqiblərdən fərqləndirir.
Düzgün qurulmuş UI/UX dizayn aşağıdakı üstünlükləri təmin edir:
İstifadəçi təcrübəsini yaxşılaşdırır
Saytda qalma müddətini artırır
Satış və müraciət konversiyasını yüksəldir
Brend imicini gücləndirir
Dizayn xidmətimizə nələr daxildir?
UI/UX dizayn
İstifadəçi davranışlarını analiz edərək sadə, intuitiv və effektiv interfeys strukturu hazırlayırıq.
Responsive dizayn
Desktop, planşet və mobil cihazlarda mükəmməl işləyən adaptiv dizayn təmin edirik.
Brend identifikasiyası
Logo, rəng palitrası və vizual üslub brendinizin xarakterinə uyğun şəkildə formalaşdırılır.
Performans yönümlü dizayn
Dizayn yalnız estetik deyil, həm də sürətli yüklənmə və optimal performans üçün hazırlanır.
Əlçatanlıq
İnterfeys bütün istifadəçilər üçün rahat və WCAG standartlarına uyğun qurulur.
Prototipləmə
İnteraktiv prototiplər vasitəsilə layihənin istifadəçi təcrübəsi əvvəlcədən test edilir.
Dizayn prosesimiz
Araşdırma
Brendinizi, bazarı və rəqibləri analiz edərək dizayn strategiyası hazırlayırıq.
Wireframe
Səhifə strukturu və istifadəçi yolculuğu planlaşdırılır.
Vizual dizayn
Rənglər, tipografiya və komponentlər əsasında müasir interfeys hazırlanır.
Prototip və test
İnteraktiv prototip təqdim edilir, istifadəçi rəyləri toplanır və dizayn final mərhələyə çatdırılır.
SaytPro komandası biznesiniz üçün estetik, funksional və konversiya yönümlü UI/UX dizayn həlləri təqdim edir. Məqsədimiz istifadəçiləriniz üçün rahat təcrübə yaratmaq və brendinizin rəqəmsal görünüşünü gücləndirməkdir. Elə buna görə də bizi takip etməyi unutmayın. Vebsayt hazırlanması Bakı. Modern interfeys və güclü vizual kimlik ilə biznesini fərqləndir. İstifadəçi təcrübəsinə fokuslanan UI/UX dizayn və brend dizayn xidmətlər
