İT Şöbəsi

Junior Next.js Developer

Remote \ Baku · Remote

İT Şöbəsi Remote \ Baku Remote

Vəzifə haqqında

AI ilə kod yazırsan və müsahibədə bunu gizlətmək lazım gəlir? Bizdə əksinədir. Bugün kod yazmaq ucuzlaşıb. Model 200 sətri 10 saniyəyə yazır. Amma o kodun layihənin harasına düşəcəyini, hansı komponentlərə bölünəcəyini, məlumatın haradan gələcəyini və 3 ay sonra ora baxan adamın nə başa düşəcəyini model həll etmir. Bunu insan həll edir. Biz o insanı axtarırıq. SaytPro Bakıda veb sayt hazırlayan komandadır. Şablon satmırıq, hər layihəni sıfırdan yazırıq. AI bizim alətimizdir, işçimiz deyil. Müştəriyə təhvil verdiyimiz sayta görə məsuliyyəti komanda daşıyır. İşin nədən ibarətdir: - Tapşırığı alırsan, əvvəlcə strukturu qurursan: hansı səhifə, hansı komponent, məlumat haradan gəlir - AI ilə kodu sürətlə yazırsan - Yazılanı sətir-sətir yoxlayırsan, çünki pull request-də sənin adın var - Nəyi niyə belə etdiyini izah edirsən Stek: Next.js, React, TypeScript, Tailwind, Strapi. Alət seçimin sərbəstdir: Cursor, Claude Code, Copilot, hansı ilə rahatsansa. Necə işləyirik: Kodunu senior yoxlayır. Səhv etsən izah edirik, tək qoymuruq. Sual vermək normaldır, sual verməmək problemdir. Açıq danışaq: AI-ın yazdığını anlamadan kopyalayan adam burada 2 həftə davam gətirmir. Çünki 3-cü həftədə həmin kod sınır və düzəltmək lazım gəlir. Anlamırsansa düzəldə bilməzsən. Əvəzində 6 ay sonra portfolionda kurs layihəsi yox, real müştərinin istifadə etdiyi canlı saytlar olacaq.

Tələblər

Bizim üçün əsas olan 3 şey: 1. Struktur qura bilmək Sənə "blog səhifəsi lazımdır" deyəndə birbaşa kod yazmağa başlamırsan. Əvvəlcə soruşursan: neçə növ məzmun var, məlumat haradan gəlir, hansı hissə təkrarlanır, hansı komponent olmalıdır. Sonra yazırsan. 2. AI-ı idarə etmək, AI-a tabe olmamaq Modelə nə istədiyini dəqiq izah edə bilirsən. Cavab səhv olanda görürsən. "Model belə yazdı" cavab deyil. "Model belə yazdı, amma səhvdir, çünki..." cavabdır. 3. Yazılanı başa düşmək Öz pull request-indəki hər sətri izah edə bilirsən. Kimin yazmasının fərqi yoxdur, məsuliyyət səndədir. Texniki minimum: - JavaScript əsasları: array metodları, async/await, fetch - React: komponent, props, state - Next.js: App Router, server və client komponent fərqi - HTML, CSS, responsiv dizayn - Git: branch, commit, pull request - Ən azı 2 tamamlanmış layihə, GitHub linki ilə. AI ilə yazılıbsa problem yoxdur, sadəcə izah edə bil. - Azərbaycan dilində sərbəst ünsiyyət Üstünlük verilir: - TypeScript - Tailwind CSS - Headless CMS təcrübəsi - Figma-dan dizayn oxumaq - Deploy təcrübəsi (Vercel, VPS) Bizə lazım deyil: - Diplom - "Junior üçün 3 il təcrübə". Belə şey yazmırıq. - Uzun motivasiya məktubu Müraciət prosesi: 1. Formu doldur, GitHub linkini əlavə et. CV varsa yaxşı, yoxdursa GitHub kifayətdir. 2. Test tapşırığı: sənə hazır kod veririk. İşləyir, amma strukturu pisdir. Nəyin səhv olduğunu tap, düzəlt, niyə düzəltdiyini yaz. AI istifadə et, qadağa yoxdur. 2 saatdan çox çəkməməlidir. 3. Söhbət: 40 dəqiqə. Tapşırıqda verdiyin qərarlar haqqında danışırıq. 4. Cavab: hər namizədə yazırıq, rədd cavabı olsa belə. Son müraciət tarixi: [tarix]

Bu vəzifəyə müraciət et

Junior Next.js Developer

+994

PDF, DOC və ya DOCX · maks. 10MB

Rəqəmsal potensialınızı açın

Rəqəmsal varlığınızı dəyişməyə hazırsınız?

İdeyanızı bizə danışın, 24 saat ərzində geri dönüş edək və birlikdə plan quraq.