Layihə yüklənir
Based.az
Kateqoriya: Digital. SaytPro tərəfindən Bakıda hazırlanmış layihə.
Based.az rəqəmsal abunəliklər üçün qurulmuş onlayn satış platformasıdır. Sifariş, ödəniş, stok və müştəri idarəetməsini vahid sistemdə birləşdirən, insan müdaxiləsini minimuma endirən tam avtomatlaşdırılmış satış və idarəetmə platforması hazırladıq. Bütün əməliyyatlar real vaxtda izlənir və bir ekrandan idarə olunur. Layihənin məqsədi Məqsəd sadəcə bir onlayn mağaza deyil, öz-özünü idarə edən bir əməliyyat sistemi qurmaq idi. Stok hərəkəti, sifariş, ödəniş və hesabat
Canlı layihə: https://based.az/
Bu layihə SaytPro layihələrinin bir hissəsidir.

Digital
SaytPro tərəfindən Based.az üçün hazırlanmış tam avtomatlaşdırılmış rəqəmsal platforma. Sürətli, mobil uyğun, SEO optimallaşdırılmış. SaytPro portfolioda baxın.
Based.az (yeni pəncərədə açılır) rəqəmsal abunəliklər üçün qurulmuş onlayn satış platformasıdır. Sifariş, ödəniş, stok və müştəri idarəetməsini vahid sistemdə birləşdirən, insan müdaxiləsini minimuma endirən tam avtomatlaşdırılmış satış və idarəetmə platforması hazırladıq. Bütün əməliyyatlar real vaxtda izlənir və bir ekrandan idarə olunur.
Layihənin məqsədi
Məqsəd sadəcə bir onlayn mağaza deyil, öz-özünü idarə edən bir əməliyyat sistemi qurmaq idi. Stok hərəkəti, sifariş, ödəniş və hesabat kimi gündəlik işlərin əl ilə deyil, sistemin özü tərəfindən aparılması hədəflənirdi. Beləliklə komandanın vaxtı təkrarlanan əməliyyatlara deyil, biznesin böyüməsinə yönəlir.
Gördüyümüz işlər
Real vaxtda işləyən avtomatik stok idarəetməsi qurduq: hər məhsul hərəkəti anında sistemə düşür. Onlayn və manual ödəniş ssenariləri, avtomatik sifariş və çatdırılma axını, tam izlənə bilən sifariş tarixçəsi və müştəri qeydləri inteqrasiya edildi. Qeydiyyat və istifadəçi idarəetmə sistemi, müştəri məlumatlarının mərkəzləşdirilmiş saxlanması və satış davranışlarının izlənməsi ilə bütün müştəri axını bir yerə toplandı.
Analitika tərəfində günlük və aylıq satış statistikası, avtomatik yaradılan aylıq hesabatlar və yüksək performanslı, alqoritm əsaslı axtarış sistemi quruldu. Google Analytics və Google Search API birbaşa admin panelə bağlandı.
Admin panel rol əsaslı qurulub: admin, moderator, kopirayter kimi hər rol üçün ayrı icazələr və rol əsaslı tapşırıq siyahısı (To-Do) var. Panelin daxilindən WhatsApp idarəetməsi, məhsul və sayt üzərində icazəli redaktə, bütün statik səhifələrin idarəsi və təhlükəsiz blog modulu işləyir. Arxa planda isə avtomatik data bazası yazılışı və sistem loqları bütün əməliyyatları qeydə alır.
Nəticə
Gündəlik iş yükünün böyük hissəsini sistemin özü daşıyan, real vaxtda nəzarətdə saxlanan mərkəzləşdirilmiş bir platforma. Satışdan hesabata, müştəri idarəsindən məzmuna qədər hər şey tək admin panel üzərindən idarə olunur, insan müdaxiləsi isə minimuma enir.