Əsas məzmuna keçid
SaytPro
Bizə yazın

Jalal Advisors

Dörd dildə korporativ sayt və idarəetmə paneli

Jalal Advisors saytının ekran görüntüsü
Canlı saytjalaladvisors.org

Layihə haqqında

SaytPro Vyetnamda fəaliyyət göstərən Jalal Advisors üçün dörd dildə korporativ sayt hazırladı: ingilis, Azərbaycan, vyetnam və rus dillərinin hər birində 18 səhifə. Saytın arxasında Next.js və Django üzərində qurulmuş məzmun bazası və idarəetmə paneli dayanır, müştəri mətnləri, kataloqu və sənədləri proqramçı olmadan özü yeniləyir.

Həll

Çoxdilli saytı Next.js üzərində, məzmun bazasını və idarəetmə panelini Django ilə qurduq.

  • Dörd dil: ingilis, Azərbaycan, vyetnam və rus versiyaları eyni URL quruluşu ilə işləyir, hreflang axtarış sistemlərinə hər səhifənin dil qarşılığını göstərir.

  • B2B kataloq: hər məhsulun səhifəsində texniki göstəricilər və sənəd siyahısı var, sertifikatlar PDF kimi açılır.

  • Sorğu forması: ziyarətçi xidmət istiqamətini seçib brif yazır, ticarət detalları isə könüllüdür. Hər sorğu bazada saxlanılır və paneldə statusla izlənir, bot tələsi və sürət limiti spamı süzür.

  • WhatsApp və Zalo: Vyetnamda iş yazışması çox vaxt Zalo ilə gedir, ona görə hər iki messencer hər səhifədən bir kliklə açılır.

  • İdarəetmə paneli: müştəri ana səhifəni, kataloqu, sualları və sənədləri dörd dildə özü redaktə edir, dəyişiklik sayt yenidən qurulmadan dərc olunur.

  • Texniki SEO: 72 ünvanlı sitemap və Organization, FAQPage, Product, BreadcrumbList struktur məlumatı.

Nəticə

Sayt 2026-cı ilin sentyabrında dörd dildə yayımlandı: hər dildə 18 səhifə, cəmi 72 ünvan. Səhifələr statik yaradılır, məzmunu isə müştəri paneldən özü yeniləyir.