Landing page (eniş səhifəsi) reklamdan, sosial şəbəkədən və ya axtarışdan gələn ziyarətçini bir hədəfə yönləndirmək üçün qurulan ayrıca səhifədir. Adi saytın səhifələrindən fərqli olaraq burada menyu, yan keçidlər və çoxlu seçim olmur: bütün səhifə bir çağırışa (CTA) xidmət edir.
Yaxşı landing page adətən bunlardan ibarətdir: təklifi bir cümlədə deyən başlıq, məhsulu və ya nəticəni göstərən vizual, qısa forma və ya WhatsApp düyməsi, etimad yaradan sübut (real rəylər, real işlər) və bir əsas düymə. Hər artıq element diqqəti bölür, ona görə burada az çoxdur.
Landing page-in işi çevrilmə faizi (conversion rate) ilə ölçülür: səhifəyə gələnlərin neçə faizi hədəf addımı atdı. Başlığı, düymənin mətnini və formanın yerini dəyişib nəticələri müqayisə etmək (A/B test) bu faizi artırmağın ən etibarlı yoludur.
Niyə vacibdir?
Reklama xərclədiyiniz hər manatın nəticəsi klikdən sonra açılan səhifədən asılıdır. Zəif landing page ödənişli trafiki müraciətə çevirmir və büdcə boşa gedir.
SaytPro necə kömək edir?
SaytPro landing page-i bir təklif və bir hədəf ətrafında qurur: aydın başlıq, telefonda sürətli açılış, WhatsApp və ya forma ilə müraciət və analitikaya hazır struktur. Landing page 800 ₼-dən başlayır.


